e5d20347-d7f4-47c4-bf90-591504334358..jpg

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Baxış sayı: 500 dəfə baxılıb.

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan
erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat
verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə
əlaqələri yaradılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsindən
qeyd edilib.

Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı
saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

“BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam
etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq,
başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə
paylaşılır”, – deyə əlavə ediblər.

Qeyd edək ki, bir sıra erməni KİV-ində iyul ayında “Laçın” sərhəd-buraxılış
məntəqəsində saxlanılan Vaqif Xaçatryanın ailəsinə yenə məktub göndərdiyi
bildirilir. Bu barədə sözügedən şəxsin qızı məlumat verib.

Xaçatryanın qızı qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini
öyrəniblər.

“Deyirlər səhhəti normaldır. Qızıl Xaçın nümayəndələri ayda bir dəfə atama baş
çəkirlər”, – deyə o əlavə edib.

Xatırladaq ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci
ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara
qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər
azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğınla əlaqədar
aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və
ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət
işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə
müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət
sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Source link