9bc5553b-196c-4b26-a714-1ec5ddb9e211..jpg

Vaqif Xaçatryanın məhkəməsinin keçiriləcəyi yer açıqlandı – YENİLƏNİB

Baxış sayı: 649 dəfə baxılıb.

Vaqif Xaçatryanın məhkəməsinin keçiriləcəyi yer açıqlandı – YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın
22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Vaqif
Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin
inzibati binasında keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul olunub.

Buna səbəb isə Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmamasıdır.

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib. Cinayət
işi Bakı Hərbi Məhkəməsini hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda
yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən
ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində
Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı
Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın
29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

11:11

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç
Xaçatryanın məhkəməsinin vaxtı bilinib.

APA xəbər verir ki, məhkəmə iclası oktyabrın 13-də başlayacaq.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında
araşdırılacaq.

İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan
vətəndaşı Vaqif Çerkezoviç Xaçatryan bu ilin iyulunda “Laçın” sərhəd-buraxılış
məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli
kəndində 25 azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358
azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı – hər hansı milli, etnik,
irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək
məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərərvurma
və ya onların əqli qabiliyyətinə ciddi zərərvurma) və 107-ci (Əhalini
deportasiya etmə və ya məcburi köçürmə – əhalini qanuni yerləşdiyi yerlərdən
başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri
ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Source link