b3839fef-0790-45f5-bb9f-4988060c6996..jpg

Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib

Baxış sayı: 539 dəfə baxılıb.

Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç
Xaçatryanın məhkəməsinin vaxtı bilinib.

APA xəbər verir ki, məhkəmə iclası oktyabrın 13-də başlayacaq.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında
araşdırılacaq.

İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan
vətəndaşı Vaqif Çerkezoviç Xaçatryan bu ilin iyulunda “Laçın” sərhəd-buraxılış
məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli
kəndində 25 azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358
azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı – hər hansı milli, etnik,
irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək
məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərərvurma
və ya onların əqli qabiliyyətinə ciddi zərərvurma) və 107-ci (Əhalini
deportasiya etmə və ya məcburi köçürmə – əhalini qanuni yerləşdiyi yerlərdən
başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri
ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Source link