“Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə
keçib.
Bu barədə ÖHŞ-nin rəsmi “Telegram” kanalında xəbər verilib.
Bildirilib ki, bütün “Vaqner”çilərlə fərdi şəkildə müqavilələr imzalanıb.
O da vurğulanıb ki, ÖHŞ-nin bütün strukturu, iş qaydası və komandirlər
saxlanılırlar.
“Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə
eyni şəkildə həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.