542c9800-f843-44ed-a7a2-978f101f5432..jpg

“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?

Baxış sayı: 525 dəfə baxılıb.

“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynadakı döyüş əməliyyatları
bölgəsinə qayıdıb.

Bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok “Telegram” kanalında mənbələrə
istinadən məlumat verib.

Onun sözlərinə görə, özəl hərbi şirkətin döyüşçüləri Xerson vilayətində
görüntüləniblər. Kotenok qeyd edib ki, bu məlumat hazırda “Gizli” qrifi
altındadır. Rusiya Müdafiə Nazirliyi isə məlumatla bağlı şərh verməyib.

“Bir sıra mənbələr “Vaqner” qruplarının hazırda Xersondakı döyüş bölgəsinə
gəldiyini təsdiqləyirlər. Birləşmənin hücum qoşunları sektorlar üzrə
paylanırlar. Təfərrüat hələ məlum deyil, məlumat “Gizli” qrifi altında
saxlanılır”, – deyə Kotenok bildirib.

Hərbi müxbir, həmçinin “Vaqner”in hazırda qələbə qazanması üçün Rusiyaya lazım
olduğunu da qeyd edib.

Mənbə: News.ru

Source link