a8f44b84-d920-4762-9da6-a5d404fafb64..jpg

Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri alt-üst oldu – FOTO/VİDEO

Baxış sayı: 3. 173 dəfə baxılıb.

Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri
alt-üst oldu – FOTO/VİDEO

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben
Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf
edib.

Cixisyolu.com-ın məlumatına görə, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline
Times”a müsahibəsində danışıb.

“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, –
deyə o, bildirib.

Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə
tezisləri təkzib edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin
rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və
“humanitar vəziyyət” haqqında yalan xəbərlərəaldandığını
bildirib.

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, – deyə
A.Hacızadə “Twitter” hesabında yazıb.


Source link