ec9ce911-bc0e-4684-8772-1d670473a2bd.png

Vardanyanın şikayəti ilə bağlı qərar verildi

Baxış sayı: 257 dəfə baxılıb.

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın
həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya
şikayətinə baxılıb.

Cixisyolu.com xəbər verir ki, R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib.
Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət
işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını
elan edib.

Qərara görə, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.

Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin
general-mayoru, 2020-2022-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikasının
müdafiə ordusu” adlandırılan qanunsuz silahlı birləşmədə “komandanın birinci
müavini” olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə
və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən
idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan qaçarkən Laçın rayonu ərazisində
tutulub Bakıya gətirilərək istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət
Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və
fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ilkin ittiham verilib, barəsində
həbs qətimkan tədbiri seçilib.

Məlum olduğu kimi, BBC və digər xarici media qurumları bir müddət əvvəl Ruben
Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı
və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmiş,
beynəlxalq təşkilatların bu barədə hesabatlarını yaymışdılar.

Source link