İngiltərə Premyer Liqasının 16-cı turunda “Lester” səfərdə “Aston Villa”nı darmadağın edərək (4:1) ardıcıl 8-ci qələbəsini qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu klub tarixində ən yaxşı göstəricidir.
“Tülkülər”in heyətində ən yaxşısı yenə Ceymi Vardi olub: İngiltərə yığmasının hücumçusu dubla imza atıb.
Onun komandası sonuncu dəfə oktyabrın 5-də “Liverpul”a məğlub olub (1:2).
Çempionluq mövsümündən də (2015/16) gözəl oyun nümayiş etdirən “Lester” ikinci yerdə qərarlaşıb və “Mançester Siti”dən altı xal irəlidədir. Lakin birinci yerdə gedən “Liverpul”la xal fərqi hələ də kifayət qədər böyükdür – 8 xal.