Varşavada miyondan çox insan küçələrə axışdı – VİDEO
Polşanın keçmiş baş naziri Donald Tuskun ən böyük müxalifət partiyası olan
“Vətəndaş Platforması”nın təşkilatçılığı ilə Varşavanın mərkəzində kütləvi
yürüş keçirilib.
“Bir milyon ürək marşı” ölkədə oktyabrın 15-nə təyin edilmiş növbəti parlament
seçkilərinə düz iki həftə qalmış baş tutub.
“Biz şərlə mübarizə aparmaq, bu hökuməti məhkəmə qarşısına çıxarmaq üçün ayağa
qalxırıq ki, Polşa bir daha yalandan, nifrətdən və oğurluqdan azad olsun. Bu
bizim zamanımızdır”, – Tusk deyib.
Siyasətçi yürüşü “dirçəliş simvolu” adlandırıb.
Tuskun sözlərinə görə, yürüşə 1 milyondan çox iştirakçı qatılıb.
Mənbə: TASS