b7e5b9b6-dde1-41c8-b1ae-f89ec2da1a1b..jpg

Vasif Məhərrəmli: “Məni ittiham edənlər başlarından böyük qələt edirlər…” – VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Vasif Məhərrəmli: “Məni ittiham edənlər başlarından böyük qələt edirlər…” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib.

Sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan
ofisiant onun yanından keçəndə yıxılıb. Müğənni baş verən hadisəyə seyrçi kimi
qalıb, yıxılan ofisiantın ayağa qalxmasına kömək etməyib. Yıxılana biganə qalan
müğənni sosial şəbəkə izləyiciləri tərəfindən ağır ittiham olunub. Vasif
Məhərrəmli “Qaynarinfo”ya açıqlamasında onu ittiham edənlərə ağır cavab verib:

“Məni ittiham edənlər başlarından böyük qələt edirlər. Ofisiant yıxılıb və tez
bir zamanda da durub ayağa, məndən üzr istədi. Dedi ki, bağışlayın, sizi
narahat etdim və s. Buna nə münasibət bildirməliyəm ki? Hər şey göz
qabağındadır. Ofisiant məndən əvvəl qalxıb ayağa”.

Həmin görüntüləri təqdim edirik:


Source link