Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi
qonorarın çoxluğundan gileylənib.
Müğənni bildirib ki, bir dəfə klinikalardan birində müayinəyə gedib və ondan
çox pul istəyiblər:
“Ürəyimi yoxlatdırırdım. Məsləhət gördülər ki, psixoloqa get. Getdim
psixoloqun qəbuluna. Bir kişi idi. Soruşdu “necəsən?”, cavab verdim ki, yaxşı.
Deyir, “hər şey qaydasındadır?”, dedim “hə”. Çıxdım, çek göstərdilər ki, ödəniş
edin – yoxlanış 70, psixoloq 100 manat. Dedim, bu nə edib ki? Ancaq hal-əhval
tutdu, heç bir psixoloji yardım etmədi”.
Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün
psixoloqların qiyməti hər kəsə bəllidir:
“Salam-sağola görə psixoloqlar 100 manat almır. Biz bilmirik, orada proses
necə olub? Bilmirik ki, Vasif müəllim psixoloq qəbuluna düşüb, yoxsa psixiatr.
Həmin xəstəxana özəldir, ya yox. Orada qiymətlər necədir? Bu haqda
məlumatsızam”.