b6bd9bcf-cbc7-4450-8015-03ce9ba19843..jpg

Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? – AÇIQLAMA

Baxış sayı: 701 dəfə baxılıb.

Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? – AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun
böyük oğlu Rza Talıbovun Xalq artist, müğənni Röya Ayxana 8 milyonluq mülk
hədiyyə etməsi barədə xəbərlər yayılıb.

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna
yolunda, Zuğulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda
inşa olunub.

Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib.
Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir.

Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar
sırasında vurğulanır.

Modern.az saytı iddialara münasibət öyrənmək üçün Xalq artist Röya Ayxanla
əlaqə saxlamağa çalışıb.

Müğənninin özü ilə danışa bilməsək də, prodüseri telefona cavab verib.

Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib ki, yayılan xəbərlər şayiədir
və həqiqəti əks etdirmir:

“Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz
bu cür məlumatlara hələ də necə inanırsınız?”

Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq
məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti
müşaviridir.

Source link