Vaşinqtonda İranın nüvə sazişinin taleyi həll olunacaq

Vaşinqtonda İranın nüvə sazişinin taleyi həll olunacaq

Baxış sayı: 2. 164 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp mayın 8-də İranın nüvə sazişi ilə bağlı son qərarını elan edəcəyini bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində məlumat paylaşıb.

“Sabah günorta saat ikidən sonra Ağ Evdə İranla bağlanmış nüvə sazişi ilə əlaqədar son qərarımı elan edəcəyəm”, – deyə Tramp yazıb.

Bundan əvvəl Avropa İttifaqı rəsmiləri ABŞ-ın Vyanada bağlanmış sazişdən “yumşaq şəkildə” çıxacağına və hər hansı eksterritorial sanksiyalar qəbul etməyəcəyinə ümid etdiklərinə bildirib.

.
www.ÇıxışYolu.Com