Vaşinqtonda rus casusu ələ keçdi

Baxış sayı: 2. 838 dəfə baxılıb.

Vaşinqtonda rus casusu ələ keçdi

Сasusluqda şübhəli bilinən Rusiya vətəndaşı Mariya Butina Vaşinqtonda saxlanılıb.  

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.  

29 yaşlı M.Butina “Amerika hökuməti yanında müvafiq qeydiyyat olmadan xarici dövlətin casusu kimi fəaliiyət göstərmək məqsədi ilə əlbir olmaqda” ittiham edilir.

İyulun 15-də saxlanılan M.Butina ABŞ sanksiyalarının tətbiq edildiyi yüksək rütbəli rusiyalı məmurun göstərişlərini həyata keçirməkdə günahlandırılır.

Həmin məmurun kimliyi açıqlanmasa da, onun əvvəllər deputat olduğu, hazırda isə Rusiya Mərkəzi Bankında yüksək vəzifədə çalışdığı bildirilir. ABŞ Maliyyə Nazirliyi ona qarşı sanksiyalar tətbiq edib.  

Mariya Butina müqəssir bilinəcəyi təqdirdə 5 il həbs cəzasına məhkum oluna bilər.

Məhkəmə iclası iyulun 18-nə təyin edilib. 

www.ÇıxışYolu.Com