Vaşinqtonda Türkiyə-ABŞ problemləri müzakirə olunacaq

Vaşinqtonda Türkiyə-ABŞ problemləri müzakirə olunacaq

Baxış sayı: 2. 774 dəfə baxılıb.

Türkiyə və ABŞ münasibətlərində olan fikir ayrılıqlarının  aradan qaldırılması üçün Vaşinqtonda vacib görüşlər keçiriləcək.

ÇıxışYolu.Com  “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə və ABŞ hökumət nümayəndələri arasında görüş 8-9 mart tarixlərinə planlaşdırılır.

Münasibətlərin normallaşdırılması məqsədilə 3 texniki komitənin yaradılması haqqında qərar ABŞ dövlət katibi Reks Tillersonun 15-16 fevral tarixlərində Ankaraya etdiyi səfər zamanı qəbul olunub.

Komitələrin hədəfi eyni zamanda “FETO” ya qarşı mübarizə ilə bağlı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdırılması, həmçinin İraq və Suriya ilə bağlı siyasətdə koordinasiyaya nail olmaqdır.

Məlumata görə, Vaşinqtonda keçiriləcək 2 günlük görüşdə Türkiyə və ABŞ-ın Suriya üzrə texniki komitəsinin üzvləri bir araya gələcək.

Danışıqlarda eyni zamanda Suriyanın Mənbic rayonunun PYD/PKK terrorçularından azad edilməsi məsələsi ilə bağlı müzakirələr aparılacaq.

Bundan əvvəl Türkiyə XİN Mövlut Çavuşoğlu ABŞ-Türkiyə münasibətlərinin normallaşması üçün Mənbic məsələsinin prioritet mövzu olduğunu bildirmişdi.

www.ÇıxışYolu.Com