c0b05f7c-83c3-4a35-a58a-73084504c0d0..jpg

Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Baxış sayı: 509 dəfə baxılıb.

Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər
Gününün 3-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi
tərəfindən təşkil olunmuş tədbirdə xarici ölkələrin ABŞ-də akkreditə olumuş
diplomatik nümayəndəliklərinin rəhbərləri və üzvləri, hərbi attaşelər,
Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan
vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və
səlahiyyətli səfiri Xəzər İbrahim, hərbi attaşe Rüstəm Gözəlov, ABŞ-də
Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina Zəfər Günü ilə bağlı çıxış
ediblər.

Tədbirdə çıxışçılar tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə
yanaşı, ədalətin də bərpa edildiyi qeyd edilib, bunun yalnız Azərbaycan üçün
deyil, bütün dünya üçün önəmli olduğu vurğulanıb. Ədalətsizliyin və ikili
standartların yalnız Azərbaycan üçün deyil, hər bir ölkə üçün təhdid təşkil
etdiyi və bununla mübarizənin ümumi vəzifə təşkil etdiyi tədbir
iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Qarabağın Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, 44 günlük Vətən müharibəsi zamanı
Azərbaycan Silahlı Qüvvələrinin tarixi missiyanı tamamladığı vurğulanıb. Bu il
ölkəmizdə Zəfər Günü bayramının tamamilə fərqli mühitdə qeyd edildiyi, Zəfər
Gününün zəfər, cəsarət, ədalət və milli qürur bayramı olduğu vurğulanıb.
Azərbaycan xalqının bundan sonra hər zaman öz ərazi bütövlüyünü bərpa etmiş,
qalib dövlət və xalq kimi yaşayacağı, həmçinin cənab Prezidentİlham Əliyevin
Xankəndi şəhərində qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa
etdiyi, eyni zamanda, öz ləyaqətini bərpa etdiyi vurğulanıb.

Tədbirin rəsmi hissəsinin sonunda Zəfər Gününə həsr olunmuş video çarx nümayiş
etdirilib.

Daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub.

Source link