8257a2a9-11cd-4e67-ad40-c240e2a25dce..jpg

Vatikan büdcəsindən pul oğurlayan kardinala sərt cəza verildi

Baxış sayı: 573 dəfə baxılıb.

Vatikan büdcəsindən pul oğurlayan kardinala sərt cəza verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vatikan Məhkəməsi kardinal Ancelo Beççunu maliyyə cinayətlərinə görə 5,5 il
həbs və 8 min avro məbləğində cərimə ilə cəzalandırıb.

O, Vatikan cinayət məhkəməsi qarşısına çıxan Katolik Kilsəsinin ən yüksək
rütbəli ruhanisi olub.

Beççudan başqa, maliyyəçilər, hüquqşünaslar və keçmiş Vatikan işçiləri də
daxil olmaqla, daha 9 nəfər Londonda qeyri-şəffaf daşınmaz əmlak sövdələşməsi
ilə bağlı maliyyə cinayətlərində ittiham olunub.

İttiham tərəfi kardinala 7 il 3 ay həbs cəzası istəyib. Beççu ona qarşı irəli
sürülən ittihamları “tamamilə əsassız” adlandırıb və heç vaxt büdcədən bir
qəpik də götürmədiyini deyib. Onun vəkilləri kardinalın təqsirsizliyini müdafiə
etmək niyyətində olduqlarını və apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, Vatikanda sözügdən məhkəmə işi 2021-ci ilin iyulunda başlanıb.
İş Londonun mərkəzində bir binanın açıq-aydın yüksək qiymətə alınması ilə bağlı
olub. İstintaq “maliyyə sızmasını” 200 milyon avrodan çox qiymətləndirib.

Mənbə: İnterfaks

Source link