d1fa40df-4af3-4d49-8eab-0b029fff374b..jpg

“Vatson”un rusiyalı qardaşı vəfat edib

Baxış sayı: 610 dəfə baxılıb.

“Vatson”un rusiyalı qardaşı vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SSRİ Xalq artisti və Malıy Teatrının bədii rəhbəri Yuri Solomin 89 yaşında
vəfat edib.

Məlumata görə, Yuri Solomin insultdan sonra xəstəxanaya yerləşdirilib. Evə
buraxılmazdan bir gün əvvəl vəfat edib.

Yuri Solomin xəstəxanaya düşən günə qədər teatrda aktiv çalışıb və bir çox
rolları ilə yaddaşlarda qalıb. Bundan başqa, aktyorun kinoda “Əlahəzrətin
yavəri”, “Əzablı yollarla” və s. filmlərdə də unudulmaz ifaları olub. Solomin
1990-91-ci illərdə Rusiyanın mədəniyyət naziri olub.

Qeyd edək ki, Yuri Solomin Rusiyanın Xalq artisti, “Şerlok Holms” filminin
qəhrəmanı, “Vatson” obrazının ifaçısı, məşhur aktyor və rejissor Vitali
Solominin qardaşı idi. Vitali Solomin 2002-ci ildə dünyasını dəyişib.

Mənbə: TASS

Source link