0d9a2ef6-9ade-4cbd-a1aa-6797e41c2ef5..jpg

Vaxtanq Kikabidze ilə vida mərasiminə azərbaycanlı diplomatlar da qatılıblar – FOTO/VİDEO

Baxış sayı: 824 dəfə baxılıb.

Vaxtanq Kikabidze dəfn edildi – YENİLƏNİB + FOTO/VİDEO

Tanınmış gürcü aktyor, müğənni və bəstəkar Vaxtanq (Buba) Kikabidze dəfn
edilib.

Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun
Gürcüstan və Ukrayna bayraqlarına bürünmüş tabutu son mənzilə yola salınıb.

Vida mərasimində Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət
yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər.

V.Kikabidzenin dəfni ilə əlaqədar Tbilisinin mərkəzində avtomobillərin
hərəkəti dayandırılıb.

13:58

Gürcüstanın paytaxtı Tbilisidə əfsanəvi gürcü aktyoru, müğənni, rejissor,
Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir.

Rustaveli prospektindəki Kaşveti kilsəsində keçirilən mərasimdə əfsanəvi
aktyorla vidalaşanlar arasında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri,
həmçinin ölkəmizin Gürcüstandakı səfiri və konsulu var.

Tədbirlə bağlı yayılan kadrlarda səhnənin mərkəzində fəxri yerdə Azərbaycan
hökuməti və xalqı adından göndərilən əklil diqqət çəkir.

Qeyd edək ki, Vaxtanq Kikabidze Azərbaycanı çox sevib. O dəfələrlə deyib ki,
əgər Tbilisi olmasaydı yaşamaq üçün Bakını seçərdi. Bu, onun Azərbaycana və
onun xalqına sevgi etirafı idi.

Xatırladaq ki, Kikabidze yanvarın 15-də Tbilisidə 84 yaşında vəfat edib
.


Source link