e424760f-2522-4075-9708-1e0dd9f65454..jpg

Vayra Vike-Freyberqa: “Bakı Forumunun inandırıcı qüvvəsi və əhəmiyyəti ilbəil artır”

Baxış sayı: 733 dəfə baxılıb.

Vayra Vike-Freyberqa: “Bakı Forumunun inandırıcı qüvvəsi və əhəmiyyəti ilbəil
artır”

“Artıq onuncu dəfədir Bakı Forumuna toplaşırıq və ilbəil məmnunluqla görürük
ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli
təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa X Qlobal Bakı
Forumundakı çıxışında bildirib.

“Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz
dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli
yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından
əhəmiyyətli hesab edirik”, – deyə Vayra Vike-Freyberqa vurğulayıb.

Source link