Venesuela Kolumbiya ilə bütün əlaqələri kəsdi

Baxış sayı: 4. 040 dəfə baxılıb.

Venesuela Kolumbiya ilə bütün əlaqələri kəsdi

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri dayandırıb. 

RİA Novosti xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bəyan edib. 

O, bu qərarı vermək üçün xeyli müddət düşündüyünü bildirib. 

“Uzun müddət Kolumbiya xalqına görə səbr edirdim. Hərçənd kolumbiyalılar aramızda da yaşayır”, – deyə Maduro vurğulayıb.

O həmçinin Kolumbiya prezidenti İvan Dukeni iblis adlandırıb.