4ba891e9-3a9c-4ae4-8813-903ad29d6d35..jpg

Venesuela prezidentinə qarşı sui-qəsdin üstü “Whatsapp”la açılıb

Baxış sayı: 592 dəfə baxılıb.

Venesuela prezidentinə qarşı sui-qəsdin üstü “Whatsapp”la açılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela Prezidenti Nikolas Maduro 11 martda onun həyatına sui-qəsd planının
üzə çıxmasının təfərrüatını açıqlayıb.

“Bazar ertəsi günü “Maduro Plus ilə” televiziya proqramının çəkilişləri üçün
Maturin şəhərinə gedəndə “Whatsapp”da “Bu gün Maduro Maturində öləcək” yazan
şəxsin tutulması ilə bağlı kəşfiyyat məlumatı aldım”, – deyə dövlət başçısı
bildirib.

Prezident qeyd edib ki, həbs edilən terrorçu bir qrup silahlı motosikletçi ilə
sui-qəsd hazırlayan Milli Qvardiyanın fərari çavuşu ilə əlbir olub.

“Maturin küçələrinə çıxan kimi onlar mənə hücum etməli idilər”, – Maduro deyib.

O əlavə edib ki, həbs edilən terrorçu hazırda fəaliyyət göstərməyən “Causa
Ere” siyasi qruplaşmasına mənsub olub.

“Baş Prokurorluq hərtərəfli araşdırma aparır, artıq sübut və dəlillərə
malikdir”, – prezident vurğulayıb.

Mənbə: TASS

Source link