Venesuela prezidenti Nikolas Maduronun həyatına qəsd zamanı sənaye istehsalı üçün nəzərdə tutulmuş dronlardan istifadə olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri naziri Nestor Reverol bildirib.
Onun sözlərinə görə, cinayətkarlar nisbətən böyük yük qaldırmaq iqtidarında olan iki pilotsuz uçan aparatın hərəsində 1 kiloqram partlayıcı yerləşdiriblər.
Bu miqdarda C-4 partlayıcısının olduğu bomba 50 metrədək məsafədə hədəfi məhv edə bilər.
“Xüsusi texnikanın sayəsində fəxri prezident qvardiyası dronu sıradan çıxararaq, onu mühafizə olunan perimetrdən kənarda işə salıb”, – deyə, o, bildirib.
Məlumata görə, artıq altı nəfər şübhəli saxlanılıb, təşkilatçılar və icraçılar müəyyənləşdirilib.
Qeyd edək ki, ötən gün Karakasda rəsmi çıxış zamanı prezident Maduroya qarşı sui-qəsd olunub.