Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddən sonra ölkədə jurnalistlərin kütləvi həbsi başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Mətbuat İşçilərinin Milli Birliyinin “Twitter” hesabında məlumat verilib.
Məlumatlara görə, hazırda yerli və xarici mətbuat orqanlarını təmsil edən 11 jurnalist həbs edilib. Bəziləri döyülüb və ya qarət olunub.
Həmkarlar ittifaqı informasiya hüququnun pozulmasına cavabdeh olanların cəzalandırılmasını tələb edib.
Bundan əvvəl, daxili işlər, ədliyyə və sülh məsələləri üzrə nazir Nestor Reverol bildirib ki, faktla əlaqədar altı şübhəli saxlanılıb. Hücuma görə məsuliyyəti “Flanel əsgərləri” qruplaşması öz üzərinə götürüb.