Venesuelada tonlarla qızıl yoxa çıxıb

Baxış sayı: 2. 736 dəfə baxılıb.

Venesuelada tonlarla qızıl yoxa çıxıb

Venesuelada davam edən siyasi-iqtisadi böhran fonunda ölkənin Mərkəzi Bankının xəzinəsindən azı səkkiz ton qızıl yoxa çıxıb.

Bu barədə “Reuters” hökumətdən olan mənbələrə istinadən məlumat yayıb.

İddiaya görə, qiymətli metallar Mərkəzi Bank sədri Kaliksto Orteqa ölkə xaricində olan gün hökumətə aid xüsusi nəqliyyat vasitəsi ilə naməlum istiqamətdə aparılıb. Hazırda qızılların yeri barədə heç bir məlumat yoxdur. Müxalifət nümayəndələri onların qanunsuz yolla baş ölkəyə satıldığını istisna etmir. Mərkəzi Bank isə bu informasiyanı şərh etməkdən imtina edib.  

Bundan əvvəl, fevralın 8-də Türkiyəyə aid “Sardes” şirkətinin Venesueladan Türkiyəyə ümumilikdə 900 milyon dollar dəyərində qızıl idxal etdiyi barədə xəbər yayılmışdı.  Qeyd olunur ki, şirkət 2017-ci ilin dekabr ayında, Venesuela liderinin Ankarada keçirdiyi görüşlərdən sonra yaranıb.