Venesuelanın Azərbaycanda səfirliyi açılıb

Venesuelanın Azərbaycanda səfirliyi açılıb

Baxış sayı: 3. 082 dəfə baxılıb.

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.

Bu barədə ÇıxışYolu.Com-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib. 

Görüşdə Venesuelanın xarici işlər naziri Jorje Arreaza Monzerratın xarici işlər naziri Elmar Məmmədyarova Bakıda səfirliyin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubu təqdim edilib.

P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. 

Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

www.ÇıxışYolu.Com