Vengerin “Arsenal”dakı varisi açıqlandı

Vengerin “Arsenal”dakı varisi açıqlandı

Baxış sayı: 2. 133 dəfə baxılıb.

“Barselona” klubunun sabiq baş məşqçisi Luis Enrike Arsen Vengerin istefasından sonra London “Arsenal”ına rəhbərlik etməyi planlaşdırır. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Independent” məlumat yayıb. 

Nəşrin məlumatına görə, ispan məşqçinin London klubunun rəhbərliyi ilə yaxşı əlaqələri var. Enrikenin təyinatı ilə bağlı yeganə problem mütəxəssisin yüksək maliyyə şərtləri olub. O, Vengerdən az maaş almaq istəmir. 

Aprelin 20-də Venger bəyan edib ki, sezonun sonunda klubu tərk edəcək. O, 1996-cı ildən bu klubun baş məşqçisidir. Vengerin rəhbərliyi ilə “Arsenal” üç dəfə Premyer liqa çempionu, yeddi dəfə İngiltərə kubokunun və superkubokunun sahibi olub. 

Enrike 2014-2017-ci illərdə “Barselona”nın baş məşqçisi olub. Onunla komanda iki dəfə La Liqa çempionu, üç dəfə İspaniya kuboku və bir dəfə Çempionlar Liqasını qazanıb.

www.ÇıxışYolu.Com