ea77f0f8-be90-4259-937c-d83b916a2941..jpg

Veratti PSJ-dən Qətər klubuna keçdi

Baxış sayı: 547 dəfə baxılıb.

Veratti PSJ-dən Qətər klubuna keçdi

İtaliya millisinin heyətində futbol üzrə Avropa çempionu olmuş Marko Veratti
Qətərin “Əl Ərəbi” klubu ilə müqavilə imzalayıb.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Verattinin 30 yaşı var. O, 2012-ci ildən PSJ-də çıxış edib,
komandanın tərkibində doqquz dəfə Fransa çempionu olub və doqquz dəfə ölkə
Superkubokunu, həmçinin altı dəfə Fransa kubokunu qazanıb.

Veratti komandada 416 oyun keçirib, 11 qol vurub və 61 məhsuldar ötürmə verib.
2021-ci ildə İtaliya millisinin tərkibində yarımmüdafiəçi Avropa çempionu, 2021
və 2023-cü illərdə isə Millətlər Liqasının bürünc mükafatçısı olub.

Source link