“Gəncə-Şərab-1” ASC-yə məxsus 21 ədəd palıd budu vergi borcuna görə hərraca çıxarılıb.
ÇıxışYolu.Com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, əmlakların tam dəyəri 2 590,5 manatdır.
Hərracda iştirak etmək üçün 259 manat beh tələb edilir. Əmlaklar Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında yerləşir.