Vergi güzəştlərindən sonra tibbi xidmətlərin qiymətində azalma olacaq? –
Ekspertdən AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün
optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə
məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Bu, biznesin vergi yükünün
azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm
dəyişikliklərdən biri olub, tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə
bağlıdır.
Səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki
şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan
dövriyyəsinin 50 faizinin2024-cü il yanvarın 1-dən 3 il müddətinə
nəzərdə tutulur.
Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından
əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub. Tibb
müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin
sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin
stimullaşdırılmasına müsbət təsir edəcək.
Bəs bu dəyişiklik vətəndaşlara nə verəcək? Tibb müəssisələrində qiymətlərə nə
kimi təsir göstərəcək?
Məsələ ilə bağlı Cixisyolu.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin (AQC) sədri, iqtisadçıVüqar Oruc bildirib ki, bu, yerində atılan
addımdır:
“Söhbət tibb müəssisələrinin sahiblərinin, sahibkarların gəlirinin
artırılmasından getmir. Bu əksinə vətəndaşların daha güzəştli tibbi xidmətlər,
tibbi müayinələrdən yararlanmasından gedir. Hesab edirəm ki, bu sahədə
qiymətlər yetərincə ucuzlaşdırılacaq. Çünki əgər vergidən deyilən güzəştləri
nəzərə alınarsa, təqribən mövcud qiymətlərin 15-20 faiz arasında aşağı düşməsi
gözlənilir. Buna təbii ki nəzarəti də təmin etmək lazımdır. Nəzarət olduqca
vacibdir ona görə ki, bu sahədə çalışan sahibkarlar məhz dövlətin güzəştlərinin
vətəndaşlara yönəlməsinə deyil, öz şəxsi mənfəətlərinin daha da artırılmasına
hesablanmış addım kimi qiymətləndirə bilərlər. Son nəticədə aparılan vergi
islahatlarının müsbət təsirini əhali deyil, sahibkarlar öz büdcəsində hiss
etmiş olar.
Mövcud vergi güzəştləri təbii ki, tibb müəssisələrinin xərclərini, vergi
öhdəliklərini azaltmış olacaq. Bununla da tibb müəssisələri bu günə qədər
müxtəlif ödəmələrdə əlavə dəyər vergisinin (ƏDV), eləcə də digər vergilərin
vətəndaşlardan alınmasını nəzərə almayacaq. Tibbi islahatların aparılması,
tibbi xidmətlərin bütün ölkə əhalisi üçün əlçatanlığının təmin olunması üçün
atılan önəmli addımlardan biridir. Bu addım ölkəmizin, hökumətimizin sosial
xarakterli olduğunun göstəricisidir. Çünki bu sistem bir daha mövcud
güzəştlərin vətəndaşları nəzərə alaraq atıldığını göstərir”.
V.Oruc onu da əlavə edib ki, bu, həm də vətəndaşların daha çox xarici
ölkələrdə deyil, ölkədaxilində fəaliyyət göstərən tibb müəssisələrinə üz
tutmasına təkan verəcək:
“Tibb müəssisələrində qiymətlərin aşağı düşməsi vətəndaşların rifahının
yaxşılaşmasına da xidmət edəcək. Eləcə də bu, tibb sahəsində fəaliyyət göstərən
biznes adamlarının da fəaliyyətini genişləndirilməsinə də ciddi şərait yarada
bilər. Əlbəttə ki xərclər azaldıqca biznes sektorunda da şaxələnmələr müşahidə
ediləcək. Hesab edirəm ki, vətəndaşlarla yanaşı sahibkarların da fəaliyyətinə
müsbət təsiri olacaq. Bu addımı ümumilikdə təqdirəlayiq hesab edirəm. Eləcə də
düşünürəm ki, gələcəkdə vergi islahatları xidmət sahələrini də əhatə edər.
Çünki müxtəlif xidmət sahələri var və onlar da bu tip fərqli güzəştlərdən
yararlana biləcək. Xidmət sektorunda kiçik və orta sahibkarlıq ciddi dövlət
dəstəyinə möhtacdır. Bu baxımdan hesab edirəm ki, bu tip addımların atılması
son nəticədə kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Bu da ölkə
başçısıİlham Əliyevin apardığı yerində və düzgün sosial-siyasi qərarlarının
müsbət nəticəsidir. Biz gələcəkdə də bu qərarların müsbət həllərini görməyə
davam edəcəyik”.
Könül Cəfərli