Vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.
APA xəbər verir ki, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı
xidməti baş idarəsinə rəis təyin edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi
ombudsmanı xidməti baş idarəsi ötən ilin sonunda yaradılıb. Məlumata görə, baş
idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin
hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə
səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların
qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.