07530d97-129e-4698-878d-e2e5bfb2899d..jpg

Vergilərlə bağlı yeni güzəştlər kimlərə aiddir? – AÇIQLAMA + VİDEO

Baxış sayı: 607 dəfə baxılıb.

Vergilərlə bağlı yeni güzəştlər kimlərə aiddir? – AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq
2023-cü il fevralın 1-dən etibarən beş il müddətində kütləvi təklif edilmiş,
tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən
dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub”.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildən başlayaraq Vergi Məcəlləsində dividendlər üzrə
vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital
bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq
edildiyini göstərir:

“Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib.
2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi
güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə
müəssisələrin təsisçiləri əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən
bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır”.

“Bu baxımdan dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən
beş faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə
təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend
gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq beş faiz dərəcə ilə vergi
tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib”, – qeyd edilib.

Ətraflı Baku TV-nin süjetində:


Source link