16a81040-5a0c-47ea-b6cf-84a33c03d153..jpg

“Verginin bir hissəsi götürülsün, maaşa təsir edir” – Deputatdan TƏKLİF + FOTO

Baxış sayı: 1. 068 dəfə baxılıb.

“Verginin bir hissəsi götürülsün, maaşa təsir edir” – Deputatdan TƏKLİF + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda fiziki şəxslərin əməkhaqqılarının 200 manat olan hissəsi vergidən
azaddır və bu baxımdan daha yaxşı olar ki, minimum əməkhaqqı məbləğində hissə
vergidən azad olunsun”.

Bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O deyib ki, bu gün dünyanın əksər ölkələrində minimum əməkhaqqı vergiyə cəlb
olunmur:

“Minimum əməkhaqqı alan vətəndaşlarımızın aztəminatlı insanlarımız olduğunu
nəzərə alaraq onların gəlirlərinin vergiyə cəlb olunmamasını təklif edirəm”.

Millət vəkilinin sözlərinə görə, əməkhaqqı ilə bağlı digər məqam fiziki
şəxslərin gəlir verigisində diferensial 2500 manatın artırılması ilə bağlıdır:

“Belə ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin göstərdiyi
xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin
məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat +
2500 manatdan çox olan məbləğ 25 faiz vergiyə cəlb olunur. 2500 manatlıq hədd
2013-cü ildən etibarən tətbiq edilir. Ötən 10 illik inflyasiya səviyyəsini
nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. O
baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın.
Bununla da, 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə
cəlb olunsun”.

Source link