00c1ccd0-61b9-406f-88bd-00e5aa0f2b74..jpg

Verner Hoyer: “Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir”

Baxış sayı: 748 dəfə baxılıb.

Verner Hoyer: “Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından
dəstəkləyir”

“Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xətt Avropa
İnvestisiya Bankının, həmçinin Avropa İttifaqının “EU Global Gateway”
strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil edir”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner
Hoyer Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib. O,
rəhbərlik etdiyi maliyyə qurumunun xüsusilə “Yaşıl enerji” konsepsiyasını
yaxından dəstəklədiyini diqqətə çatdırıb.

Verner Hoyer vurğulayıb ki, Prezident İlham Əliyevin ölkənin maliyyə
resurslarından müdrikliklə istifadə etməsi nəticəsində Azərbaycanın
uzunmüddətli inkişafına xidmət göstərən layihələr icra olunub. EIB-in
prezidenti, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin
təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib.

Source link