Veteran futbol ulduzları Bakıya gəlir

Baxış sayı: 2. 619 dəfə baxılıb.

Noyabrın 15-də “Bayıl arena”da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.

ÇıxışYolu.Com-ın məlumatına görə, qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və İspaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər.

Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar. 

Rəqib komandada isə Sergey KiryakovXoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ.Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeriy Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər.

Qeyd edək ki, saat 17:00-da start fiti səslənəcək oyuna giriş sərbəstdir.

www.ÇıxışYolu.Com