3b76d942-982f-43b6-81c0-99dc6e0d6d2f..jpg

Veteran təqaüdü alan Vətən müharibəsi iştirakçılarının sayı AÇIQLANDI

Baxış sayı: 3. 804 dəfə baxılıb.

Veteran təqaüdü alan Vətən müharibəsi iştirakçılarının sayı AÇIQLANDI

“Bu il 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 16 679 şəxsə
proaktiv formada birdəfəlik ödəniş təyin edilib”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri
Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd edilən kateqoriya üzrə Naxçıvanda yaşayan 441 şəxsə,
eyni zamanda Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanan və bunun
təsdiqlənməsi üçün məhkəməyə verdiyi müraciəti təmin olunmuş 1109 şəxsə
birdəfəlik ödəniş verilib:

“Bu ödənişlərin verilməsi üçün 105,5 milyon manat sərf edilib”.

DSMF rəhbəri həmçinin bildirib ki, “Zəfər” altsistemi vasitəsilə cari il
ərzində təxminən 86 min şəxsə müharibə veteranı təqaüdü verilib və ödənişlər də
yanvarın 1-dək tam ödənilib.

Source link