Veteran velosipedçi: Bakıda yarışlar dostluq mühitində keçir

Veteran velosipedçi: Bakıda yarışlar dostluq mühitində keçir

Baxış sayı: 2. 353 dəfə baxılıb.

Bakını çox bəyəndim. Müasir binalar, təmiz küçələr, gülərüz insanlar yaddaşımda qalacaq. Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çox yüksək səviyyədə təşkil olunub. Paxtaxtınızdakı Veloparkda idmançıların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada yarışlar dostluq mühitində keçir. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının iştirakçısı, Böyük Britaniya komandasını təmsil edən veteran velosipedçi Piter Korfild deyib.

“Sizin ölkənizdə insanlardan ancaq yüksək qonaqpərvərlik və xoş münasibət gördüm. Burda hər şey möhtəşəmdir. Bakı haqda mütləq dostlarıma danışacağam”, – deyə P.Korfild əlavə edib.

S.T.
www.ÇıxışYolu.Com