66c049f0-0224-4a26-94af-461026ee0759..jpg

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama səfəri başlayıb – YENİLƏNİB

Baxış sayı: 562 dəfə baxılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama
səfəri başlayıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama
səfəri başlayıb.

“Report” xəbər verir ki, yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində
Ağdam Konfrans Mərkəzində keçirilən “Minaların və partlamamış hərbi sursatların
mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılıblar.

Sessiyadan sonra iştirakçıların Ağdam Cümə məscidi, Çörək muzeyi, İmarət
Kompleksi, Dram teatrı və xarabalıqlara ziyarəti gözlənilir.

10:31

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.

“Report”un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, iştirakçılar forum
çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların
mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər
Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun
Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat
və digər qonaqların məruzələri dinləniləcək.

Source link