Viktoriya gölündə şahzadə olan qayıq batdı: Çox sayda ölü

Baxış sayı: 2. 870 dəfə baxılıb.

Viktoriya gölündə şahzadə olan qayıq batdı: Çox sayda ölü

Uqandada Viktoriya gölündə qayığın batması nəticəsində ən azı 10 nəfər həlak olub, daha 5 nəfər isə itkin düşmüş sayılır.

ÇıxışYolu.Com bu barədə “Daily Monitor”a istinadla xəbər verir.

Qayıqda kral Buqandanın qardaşı şahzadə Devid Vacayca da olub. O, xilas edilib. Sərnişinlər arasında yerli müğənni İrin Namubiru və rep ifaçısı “The Mith” də olub. Lakin onların taleləri barədə məlumat yoxdur.

Qayığın göyərtəsində 120 sərnişinin olduğu ehtimal edilir. Hazırda cəmi 40 nəfər xilas olunub. Axtarışlar davam etdirilir.

www.ÇıxışYolu.Com