c92929c1-c94f-4c64-93da-377cfaf929d8..jpg

Vilayət rəhbəri Xarkovdakı son durumu açıqlayıb

Baxış sayı: 660 dəfə baxılıb.

Vilayət rəhbəri Xarkovdakı son durumu açıqlayıb

Ukraynanın Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Snequbov
vilayətdəki son durumu açıqlayıb.

O, “Report”un Şərqi Avropa bürosuna bildirib ki, “S-300” zenit-raket
kompleksləri vasitəsilə zərbələr endirilir:

“Düzdür, ötən illə müqayisədə dəfələrlə azdır. Lakin təəssüf ki, hələ də
tez-tez “S-300” zenit-raket kompleksləri vasitəsilə zərbələr endirilir. Rusiya
ilə sərhəddə yerləşən yaşayış ərazilərinə gəlincə, bu ərazilərin atəşə
tutulması halları artıb. Məsələn, 15-30 yaşayış əraziləri hər gün atəşə
tutulur. Həmin yaşayış əraziləri artıq fiziki olaraq mövcud deyil, çünki orada
hər şey məhv edilib. Dağıdılmış tikililərə gəlincə, bizim vilayətdə 30 mindən
çox tikili məhv edilib”.

O.Snequbov bildirib ki, vilayətdə 500 mindən çox insan məcburi köçkünə
çevrilib:

“Onlar daha təhlükəsiz ərazilər tapmağa çalışırlar. Məcburi köçkünlərin bir
hissəsi Kupyanskdandır. Cəbhə xətti həmin ərazidən keçdiyindən hazırda
Kupyanskda vəziyyət ağırdır. Düşmən artıq hücum əməliyyatlarına başlayıb. Onlar
bu əməliyyatlar zamanı nizami bölmələrdən istifadə edirlər. Buna baxmayaraq,
Ukrayna Silahlı Qüvvələri bu hücumların qarşısını alır və həmin bölmələri
sistemli şəkildə məhv edir. Düşmən indiyədək bu istiqamətdə bizim heç bir
mövqeyimizi ələ keçirə bilməyib. Bəli, “boz zona”lar artıb, çünki hərbi
əməliyyatların miqyası genişlənib”.

Source link