cfdb2b19-fa2d-41d4-afe7-558b9fd51e20..jpg

Vinisius milyardlıq müqavilə imzalayır

Baxış sayı: 465 dəfə baxılıb.

Vinisius milyardlıq müqavilə imzalayır

“Real Madrid” hücumçusu Vinisius Juniorla uzunmüddətli müqavilə imzalayacaq.

Bu barədə jurnalist Fabritsio Romano özünün “X” sosial şəbəkəsindəki hesabında
məlumat yayıb.

O bildirib ki, tərəflər bütün məsələləri razılaşdırıblar. Əslində, ötən həftə
bununla bağlı açıqlama verilməli idi. Lakin klub daxilində təşkilati problemlər
səbəbindən yubanma baş verib. Lakin tezliklə yeni müqavilənin imzalandığı
açıqlanacaq.

Razılığa əsasən, Vinisiusun təzminat məbləği bir milyard avro olacaq.

Qeyd edək ki, braziliyalı futbolçu 2018-ci ildən “kral klubu”nda çıxış edir.
23 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 232 matçda iştirak edib, 62 qol
vurub, 65 məhsuldar ötürmə edib.

Source link