dfc54fb9-e9be-45a5-91bc-db66e2f79344..jpg

Vinsent Kassel həyat yoldaşı ilə olan şəkillərini səhifəsindən sildi – FOTO

Baxış sayı: 775 dəfə baxılıb.

Vinsent Kassel həyat yoldaşı ilə olan şəkillərini səhifəsindən sildi – FOTO

Fransız aktyor Vinsent Kassel həyat yoldaşı model Tina Kunaki ilə olan bütün
şəkillərini “Instagram” səhifəsindən silib.

Məlumata görə, cütlük beş illik evlilikdən sonra ayrılıb. Onların boşanmağa
hazırlaşdığı bildirilib.

Həmçinin, Kassel aprelin 5-də Kunakini ad günü münasibətilə təbrik etməyib.
Qadın özü də ərinin fotolarını paylaşmağı dayandırıb.

Qeyd edək ki, Vinsent Kassel və Tina Kunaki 2018-ci ildə evləniblər. 2019-cu
ilin aprel ayında cütlüyün Amazoni adlı qızı dünyaya gəlib.

Xatırladaq ki, aktyor üçün bu, ikinci evlilikdir. Belə ki, o, 1999-2013-cü
illərdə italyan aktrisa Monika Bellucci ilə ailəli olub. Bu izdivacdan Deva və
Leoni adlı iki qız övladı dünyaya gəlib.

Mənbə: gazeta.ru

Source link