fd858d1d-323b-4482-932a-5bb5ecba84b5..jpg

“Visa” Azərbaycanda rəqəmsal valyuta, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinə dəstək ola bilər – FOTO

Baxış sayı: 552 dəfə baxılıb.

“Visa” Azərbaycanda rəqəmsal valyuta, “Ağıllı şəhər” və “Ağıllı kənd”
layihələrinə dəstək ola bilər – FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa” beynəlxalq ödəniş sistemi ilə ödəniş
sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, “Ağıllı
şəhər” və “Ağıllı kənd” layihələrinə dəstək məsələlərini müzakirə edib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik toplantılarının
keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başladı. İlk olaraq “Visa”nın
Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə
görüşdük”, – T. Kazımov qeyd edib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə Visa arasında əməkdaşlığın cari vəziyyəti
müzakirə olunub.

Dünya Bankı (#DB
) və Beynəlxalq Valyuta Fondunun (#BVF
) İllik
Toplantılarının (2023) keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz
başladı. İlk olaraq@Visa -nın
Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Prezidenti Endryu Torre ilə
görüşdük. Görüşdə Mərkəzi Bank ilə…pic.twitter.com/gvEbwPPIwS

— Taleh Kazimov (@TalehKazimov_T) October 12, 2023

Source link