“Visa” kartı ilə ödənişlərdə pozuntu yaranıb

“Visa” kartı ilə ödənişlərdə pozuntu yaranıb

Baxış sayı: 2. 216 dəfə baxılıb.

Avropa ərazisində “Visa” sistemi ilə aparılan maliyyə əməliyyatlarında pozuntu yaranıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Pozuntunun yaranmasını şirkət rəsmisi bəyan edib. Sistemdə ortaya çıxan problemin səbəbi hələ ki, müəyyən edilməyib.

Avropanın dörd bucağından insanlar ödənişlər zamanı sistemin rədd cavabı verdiyindən şikayət edir.

“Biz bunun səbəbini araşdırırıq və məsələnin həllini tapması üçün bacardığımız qədər çevik şəkildə işləyirik”, -deyə şirkətdən bildiriblər.

“Hal-hazırda biz bütün Avropada “Visa” kartları ilə edilən ödənişləri qəbul edə bilmirik. Heç bir pərakəndə satış nöqtəsi “Visa” kartlarını qəbul edə bilmir”, -deyə Britaniyanın ən iri riteylerlərindən biri olan “Marks and Spencer” şirkətinin mətbuat katibi söyləyib.

.
www.ÇıxışYolu.Com