190fe3a3-ecf5-4845-baff-217d550f4d26..jpg

Vitali Arkov: “Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir”

Baxış sayı: 858 dəfə baxılıb.

Vitali Arkov: “Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir”

“Niyə görə Bakı Qarabağla danışıqlar aparmalıdır? De-yure bu Azərbaycan
ərazisidir. Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir.
Xankəndidəki hazırkı erməni “rəhbər”lər Bakıya tabe olmalıdırlar. Azərbaycan
ona formal olaraq tabe olan insanlarla istənilən söhbəti, sadəcə, əmr
qaydasında aparmalıdır”.

Bu sözləri Cixisyolu.com -a açıqlamasında
“PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloqVitali Arkov deyib.

Rusiyalı ekspert Qarabağa ezam olunmuş milyarder Ruben Vardanyanın Bakı ilə
“paritet əsasda” danışıqlara hazır olduğuna dair bəyanatını isə belə şərh edib:

“Bu tamamilə absurddur. De-fakto və bu aşkar faktdır ki, Qarabağın bir hissəsi
Ermənistanın nəzarətindədir, axı o bu qurumu maliyyələşdirir. Lakin de-yure bu,
Azərbaycan ərazisidir. Ona görə də Bakı Ermənistanla danışıqlar aparır, lakin
bu danışıqlar heç bir halda Xankəndi ilə aparılmır. Ruben Vardanyan da digər
şərti “lider” və “prezident”lər kimi Bakı üçün heç kimdir. Bütün bu adamlar
Azərbaycanın razılığı olmadan orada peyda olublar. Bakı yaxşı bilir ki, hazırda
əksəriyyətinin erməni əsilli şəxslər olduğu bu zonada yerli rəhbərlik
ermənilərdən ibarət olacaq. Amma axı siz bu təyinatı Azərbaycanla razılaşdırmaq
istiqamətində fəaliyyətə başlamalısınız. Bu zaman artıq danışıq aparmağa da
kimsə olacaq. Amma bu baş vermir”.

Vitali Arkovun Ermənistanın hər il öz büdcəsindən Qarabağdakı erməni
separatçılara rəsmi olaraq 400 milyon dollara yaxın vəsait ayırırmasına da
münasibət bildirib:

“Hələ bu pulların nə qədəri İrəvanda oğurlanır (gülür – red.). Eyni zamanda,
Ermənistan özü də Qarabağı “müstəqil dövlət” kimi tanımayıb. Paşinyan tez-tez
deyir ki, Qarabağ Azərbaycan ərazisidir. Amma eyni zamanda Ermənistan
hakimiyyəti və müxalifəti “Artsax”dan danışır (qondarma rejimə qoyulan ad –
red.). Onların hamısı özlərinə zidd hərəkət edir. Ermənistanın siyasətinin əsas
fərqləndirici xüsusiyyəti, xüsusilə Paşinyan dövründə, yalan oldu. Paşinyan
İlham Əliyev və Vladimir Putinlə görüşdə bir şeyi deyir, Brüsseldə – fərqli bir
məsələni, İrəvanda isə tam başqa bir şeyi deyir. O, özü özünü inkar edir və
onun nə zaman həqiqəti danışdığını başa düşmək çətindir. Bütün bu açıqlamalar
böyük bir oyundur. Onlar Rusiyanı münaqişəyə sürükləmək və ya onu günahkar
çıxarmağa çalışırlar. Ermənistan baş nazirinin sülhməramlılar qismində başqa
ölkələrin – Fransanın və sair dövlətlərin nümayəndələrinin dəvət edilməli
olduğu barədə bəyanatını xatırlayın. Bakı bunu dərhal rədd etdi. Bu onu deməyə
əsas verir ki, sülh prosesi (Ermənistan tərəfindən – red.) uzadılır.
Ermənistanın indiki rəhbərliyinə Azərbaycanla sülh lazım deyil, rəsmi İrəvan
vəziyyəti gərginləşdirir”.

Nair Əliyev

Source link