Gələcəkdə Cənub Qaz Dəhlizi layihəsini genişləndirə bilərik.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
V.Bəylərbəyov bildirib ki, gələcəkdə bu qaz kəməri layihəsi digər ölkələrə də keçə bilər.
O hesab edir ki, bu istiqamətdə ayrıseçkiliyə yol verilmədən yeni investorlar cəlb edilməlidir.