77f3bb25-9583-40f7-926a-b40decd76d69..jpg

Vitse-spiker: “Fransanın qarnına sancı dolub, min oyundan çıxır”

Baxış sayı: 521 dəfə baxılıb.

Vitse-spiker: “Fransanın qarnına sancı dolub, min oyundan çıxır”

“Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. Prezident İlham
Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər
üzərində qələbə çaldıq”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident
seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında vitse-spiker Fəzail
İbrahimli deyib.

Deputat bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə
təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır:

“Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəst-xəti olan Heydər Əliyev
məhz belə şəxsiyyətlərdən olub. Dövlətin gələcəyinin etibarlı əllərdə olmasını
düşünərək İlham Əliyevi yetişdirdi. Bu gün dünya dövlət siyasətinin boy
sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham
Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək
səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki
qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən
şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq. Biz dünya erməniçiliyinə
qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər
yaşadığımız acıları övladlarımıza ötürmədi. Bunu obrazlı desək, dəfn etməkdə
olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq.
Bax, əsil həqiqət budur”.

Source link