Vitse-spikerdən deputata irad: Heç hənanın yeridir?

Vitse-spikerdən deputata irad: Heç hənanın yeridir?

Baxış sayı: 2. 244 dəfə baxılıb.

Parlamentin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara ciddi irad tutub.

ÇıxışYolu.Com xəbər verir ki, Z. Əsgərov deputatların çıxışları zamanı gündəlikdəki məsələlərdən yayınmasına etiraz edib.

O, konkret olaraq, millət vəkili Zahid Orucun çıxışından sonra onun qismində digərlərinə də irad tutub: 

“Burada AZAL-dan danışdınız, təyyarədən danışdınız, Gürcüstandan danışdınız, amma gündəlikdəki məsələ qaldı qıraqda. Heç hənanın yeridir? Bəsdirin də, mövzudan nə qədər yayınmaq olar?”

Qeyd edək ki, Z. Oruc çıxışında AZAL-ın fəaliyyətinə irad bildirib, eyni zamanda, hər bir məsələdə Gürcüstanın nümunə kimi göstərilməsini düzgün saymayıb.

Z. Oruc da öz növbəsində yerindən “Bəs harada danışmalıyıq? Elə burada danışmalıyıq da?!”, – deyərək Z.Əsgərova etirazını bildirib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com