Vladanka Andreyeva: “BMT Azərbaycanda qadın hüquqlarının müdafiəsini fəal
şəkildə dəstəkləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi
ideyasını fəal şəkildə dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın
komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və
səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin
gündəliyinin ayrılmaz hissəsidir:
“Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan
istifadə etməliyik”.
BMT-nin rezident əlaqələndiricisi vurğulayıb ki, gender bərabərliyi və
qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə
bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər.