db63cf98-70df-4cf9-ae3f-c8921b21c85c.jpg

Vladanka Andreyeva: “COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq”

Baxış sayı: 266 dəfə baxılıb.

“Azərbaycanda keçiriləcək COP29 yalnız iqlim gündəliyi üçün deyil, həm də
2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas
hadisə olacaq”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva Bakıda keçirilən, “Azərbaycanın dayanıqlı inkişafı naminə:
Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və
milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib.

V.Andreyevanın sözlərinə görə, Ətraf mühit, Sosial və Korporativ İdarəetmə
(ESG) standartları şirkətlərə karbon emissiyalarını azaltmağa kömək edə bilər.
O qeyd edib ki, bu standartlar, həmçinin, davamlı təchizat zəncirlərinə sərmayə
yatırmağa, sosial və gender bərabərliyini təşviq etməyə və şəffaflıq
məsələlərinin həllinə dəstək göstərməyə imkan yaradır.

“Buna görə də Azərbaycanda keçiriləcək COP29 konfransı böyük əhəmiyyət
daşıyır. Bu tədbir yalnız iqlim gündəliyi deyil, həm də 2030-cu ilədək
dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq. Qarşıdakı bir neçə il
iqlim sahəsində cəsarətli addımların atılması baxımından vacibdir. Bu fürsətdən
maksimum yararlanmalıyıq”, – deyə o bildirib.

Source link